Fantastik Messi Barsanı İnterə rəqib etdi (YENİLƏNDİ)
UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Azerisport.az xəbər verir ki, artıq bir yarımfinalçının adı məlumdur.
Moskvada ÇSKA-ya 1:0 hesabı ilə qalib gələn İnter çətinlik çəkmədən adını 4 ən güclü komanda sırasına yazdırdı. Joze Mourinyonun yetirmələri Milandakı qarşılaşmadan fərqli olaraq, bu dəfə sürətli hücum futbolu sərgiləməsələr də, ağıllı taktika ilə lazımi nəticəni qazanmağı bacardılar. Cütün taleyi artıq 6-cı dəqiqədə həll olundu. Uesli Sneyderin zərbəsindən sonra canlı sədd və qapıçının səhvi moskvalılara baha başa gəldi. Leonid Slutskinin komandası matçın qalan dəqiqələrində çox çalışsa da, Julio Sezarın qapısına yol tapa bilmədi. Düzü, bunun üçün ÇSKA-nın elə bir ciddi imkanı da olmadı.
İnter iki saat əvvəl yarımfinala adlayıb, rəqibini gözləməyə başladı…
