8 aprel 2010 15:00

Səmədovu ələ keçirmək üçün daha bir real şans

Bu gün Moskva Lokomotivinin prezidenti Nikolay Naumov yerli mətbuata əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Aleksandr Əliyevin iştirak ərizəsinə Rusiya vətəndaşı kimi salındığını bildirib. Azerisport.az xəbər verir ki, klub rəhbəri bunu Rusiya Federasiyanının (RF) konstitusiyasında müvafiq bəndlə əlaqələndirib. “Vətəndaşlıq qanunu” maddəsinin 6-cı bəndində deyilir: “Digər vətəndaşlığı olan RF vətəndaşı RF ərazisində yalnız RF vətəndaşı kimi qəbul olunur”. Elə həmin maddənin digər bəndində isə “RF vətəndaşlığının digər vətəndaşlığı qəbul etməsi onu RF vətəndaşlığından məhrum etmir”.

Bu o deməkdir ki, hətta Əliyev bundan sonra üç və ya dörd ölkənin vətəndaşlığını qəbul edərsə, bu onun əcnəbi olması demək deyil. Çünki RF konstitusiyası ikili vətəndaşlığı tanıyır.

Həmyerlimiz Aleksandr Səmədovda da eyni vəziyyətdir. Onun atası – Vadim Səmədov Azərbaycanda doğulub, deməli onun üçün Azərbaycan Respublikasının vətəndaşlığını almaq problem deyil. Aleksandr həmçinin Rusiya vətəndaşı olduğundan, “bir güllə ilə iki dovşan vurmaq” olar. Yəni Səmədov həm Rusiyada yerli futbolçu kimi çıxış edir, həm də problemsiz Azərbaycan yığmasının şərəfini qoruyur. Hər şey bu qədər sadədir. Məsələnin AFFA-dan və onun ağıllı siyasətindən asılı olduğunu deyəndə, sözümüzü havaya atmırdıq. İşləyin, cənablar!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.