8 aprel 2010 15:09
El Klasikoya doğru: Realdan və ağ rəngdən zəhləm gedir!
“El Klasiko”nu səbrsizliklə gözləyənlərdən biri də Barselonanın keçmiş futbolçusu Xristo Stoiçkovdur. Azerisport.az xəbər verir ki, “Marca” nəşrinə müsahibəsində əfsanəvi bolqarıstanlı oyunçu keçmiş komandasının Realı yenəcəyinə şübhə etmədiyini bildirib.
“Ümid edirəm ki, Barsa yenə qələbə qazanacaq. Əminəm ki, Messini necə gəldi və hara gəldi vuracaqlar. Realdan və ağ rəngdən zəhləm gedir!” – deyə Stoiçkov bildirib.
