8 aprel 2010 15:32
Everton - Neftçi danışıqları başlanır
Evertonun Araz Abdullayevə ciddi marağı davam edir. Azerisport.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Neftçinin prezidenti Sadıq Sadıqovu Liverpula dəvət edib. Saytımıza klubdan dedilər ki, ingilislərin yaxın vaxtlarda Bakıya gəlməsi də istisna deyil. Abdullayevin transferi məsələsinə mayda aydınlıq gələcək.
