8 aprel 2010 15:48
İdmançımız Ermənistan, İran və Rusiyadan güclü çıxdı
Azərbaycan taekvondoçuları İranda keçirilən ənənəvi “Fəcr” turnirində ilk medallarını qazanıblar. Azerisport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində döyüşən Elvin Məmmədov ard-arda Ermənistan, İran və Rusiya idmançılarına qalib gələrək qızıl medala layiq görülüb. Samir Aydınov (54 kq) isə bürünc medalları qazanıb.
