8 aprel 2010 15:58
Berti Foqts üçün yeni rəqib - Liviya
Liviya Futbol Federasiyasının vitse-prezidenti Farj Məhəmməd Ben Salim Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istədiklərini açıqlayıb. Azerisport.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan – Liviya dövlətlərarası komissiyasının iclasından qayıdan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məlumat verib.
“O, həm də Liviya Olimpiya Komitəsinin direktoru, Liviyanın bütün idman komitələri üzrə prezidentidir. Ben Salimlə görüşümdə Azərbaycan və Liviya arasında idman sahəsində əməkdaşlıq haqda müqavilə bağladıq” – deyə İsmayılov bildirib.
