8 aprel 2010 16:26
Maradona seçimini etdi: Mourinyo
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona dünyanın ən güclü məşqçisinin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, “Tanrının əli” İnterin çalışdırıcısı Joze Mourinyonun adını çəkib. O, Mourinyo ilə Barsanın baş məşqçisi Pep Qvardyolanı müqayisə edib.
“Qvardyola öz komandası ilə hər şeyə nail olub. Buna görə də onun xidmətlərini qeyd etmək lazımdır. Lakin mənim üçün Mourinyo daha güclü mütəxəssisdir. O, əsl bosdur, buna görə də mən Jozeni seçirəm” – deyə “La Gazzeta dello Sport” nəşrinə müsahibəsində Maradona bildirib.
