8 aprel 2010 17:00
Sovetski Sport Azərbaycanda nəşr olunacaq
Rusiyanın məşhur idman nəşrlərindən olan “Sovetski sport” qəzeti Bakıda dərc olunmağa başlayıb. Azerisport.az xəbər verir ki, qəzetin beynəlxalq yayım şəbəkəsinin rəhbəri Tatyana Mityusova aprelin 8-də “Media forum” saytına açıqlamasında bildirib ki, Azərbaycanda “Sovetski sport”un çapıyla “Avesta” firması məşğul olur. “Sovetski sport”la “Avesta” arasında müqavilə bu ilin fevralında imzalanıb.
