9 aprel 2010 01:59
Valensiya - Liverpul, Hamburq - Fulhem (YENİLƏNDİ)
Çempionlar Liqasından sonra Avropanın ikinci ən nüfuzlu futbol turnirində də yarımfinalçılar məlum oldu. Azerisport.az xəbər verir ki, bu gecə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirildi.
Standard – Hamburq 1:3
Petriç, 20 (0:1); Kamarqo, 33 (1:1); Petriç, 35 (1:2); Gerrero, 90 (1:3)
İlk oyun: 1:2
Atletiko – Valensiya 0:0
İlk oyun: 2:2
Liverpul – Benfika 4:1
Kuyt, 27 (1:0); Lukas, 34 (2:0); Torres, 59 (3:0); Kardoso, 70 (3:1); Torres, 81 (4:1)
İlk oyun: 1:2
Volfsburq – Fulhem 0:1
Zamora, 1 (0:1)
İlk oyun: 1:2
Dörd ən güclü komanda sırasına iki oyunun nəticəsinə görə Hamburq (Almaniya), Valensiya (İspaniya), Liverpul və Fulhem (hər ikisi İngiltərə) vəsiqə qazandılar. Yarımfinalda görüşürlər: Valensiya - Liverpul, Hamburq - Fulhem. İlk oyunlar aprelin 22-də, cavab qarşılaşmaları isə ayın 29-da baş tutacaq.
