8 aprel 2010 22:37
Azərbaycan klubu Qalatasarayla görüşəcək
Bakı Futbol Klubunun 16 yaşlı futbolçulardan ibarət komandası beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Azerisport. az klubun rəsmi saytına istinadla xəbər verir ki, “zolaqlılar” aprelin 25-dən mayın 1-dək Astanada “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirdə çıxış edəcək. Turnirdə Bakı ilə yanaşı Rusiyanın ÇSKA, Zenit, Türkiyənin Qalatasaray, Özbəkistanın Bunedkor, Qazaxıstanın Tsesna, eləcə də Çin və Serbiyanın gənclər milliləri yarışacaqlar.
Turnirin qalibi 10000, 2-ci və 3-cü yerin sahibləri müvafiq olaraq 6000 və 4000 dollar qazanacaq.
Qeyd edək ki, 2008-ci ildə keçirilən ilk turnirin qalibi Türkiyənin Beşiktaş, ötən il isə Braziliyanın Ole Brazil Klab klubu olub.
