9 aprel 2010 00:01
Cüneyt Biçər: Rəqibi analiz etmişik
Bakının türkiyəli baş məşqçisi XL-lə matç ərəfəsində klubun rəsmi saytına fikirlərini bildirib.
“Qarşıdakı matçın çətin keçəcəyi şübhəsizdir. Buna baxmayaraq, biz mütləq qələbə qazanmalıyıq. Əgər komandamızın üzvləri istəkli olsalar, meydanda ürəklərini qoysalar, o zaman matçın sonunda sevinən tərəf biz olacağıq. Bütün rəqiblərimiz kimi Xəzər Lənkəranın bizə və digər komandalara qarşı keçirdiyi oyunları izləyir, analiz edirik. Rəqibin müəyyən etdiyimiz zəif nöqtələrindən yararlanmağa çalışacağıq” – azerisport.az xəbər verir ki, Biçər belə deyib.
