8 aprel 2010 12:03
Kapitan və Kapitan: Emin Ağayev Kerjakova göz açmağa imkan vermir (FOTO, VİDEO)
Həmyerlimiz Emin Ağayev Zenitlə oyunda Rusiya mətbuatından yüksək qiymət alıb. Azerisport.az xəbər verir ki, “Sport: den za dnem” qəzeti onun haqqında belə yazıb: “Müdafiəçi Emin Rafael oğlu Ağayev hörmətli şəxdir. Karyerasının ən parlaq dövrü 2000-ci ilə təsadüf edir. O vaxt o, Azərbaycanın ən yaxşı futbolçusu seçilmiş və Torpedo-ZİLlə yüksək liqaya vəsiqə qazanmışdı. Yeri gəlmişkən, birinci hissədə ona göstərilən hörmətin ədalətli olduğunu göstərərək, onun qarşısında fint etməyə çalışan Kerjakovu əzib keçdi”.

Zenit - Volqa görüşündə vurulan qollar - burada.
