8 aprel 2010 12:27
Azərbaycan yığması üçün daha bir sponsor
Aparılan danışıqlar nəticəsində Azərbaycan yığmasına daha bir sponsorun cəlb olunması ilə bağlı razılıq əldə edilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, “Access Bank”la assosiasiya arasında danışıqlar müsbət həllini tapıb. Müqavilənin bu ay imzalanması gözlənilir.
