8 aprel 2010 00:44
El Klasikoya doğru: Barsa oyun ərəfəsində mətbuata qapandı
Barselonanın baş məşqçisi Xosep Qvardiola bu həftəsonu keçiriləcək “El Klasiko” ərəfəsində futbolçularına mətbuatla ünsiyyətə girməyi qadağan edib. Azerisport.az xəbər verir ki, Arsenal Çempionlar Liqasındakı oyundan (4:1) sonra kataloniyalıların heç bir futbolçusu Realla matç barədə danışmayıb. “Marca” nəşrinin yazdığına görə, bu gün yeni kitabının təqdimat mərasimini keçirən Jerar Pike də “El Klasiko” suala cavab verməkdən yayınıb.
Qeyd edək ki, İspaniyada La Liqanın taleyini həll edəcək Real – Barselona matçı aprelin 11-də Madridin “Santyaqo Bernabeu” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat gecə saat 1-də başlanacaq.
