9 aprel 2010 01:16
Mahir Şükürova Anjidə daha bir şans veriləcək
Yaxın günlərdə Anjinin baş məşqçisi təyin olunacaq Hacı Hacıyev Rusiya mətbuatına müsahibəsində həmyerlimiz Mahir Şükürov barədə danışıb.
“Yaxşı oynamağı bacarmaq və həqiqətən yaxşı oynamaq fərqli anlayışlardır. Öz bacarığını meydançada göstərmək lazımdır. Əlbəttə, Mahir Şükürovun işə münasibətini və yüksək səviyyəsini göstərmək üçün hələ çox şansı olacaq” – azerisport.az xəbər verir ki, Hacıyev belə deyib.
