9 aprel 2010 13:25
Mahir Şükürov MSN-də
“Microsoft” şirkətinə məxsus olan MSN əyləncəli-informasiya portalı Rusiya çempionatının 60 oyununu internet vasitəsilə yayımlayacaq. Azerisport.az xəbər verir ki, MSN-lə “NTV+” arasında bağlanan müqavilənin məbləği açıqlanmasa da, görüşlərin pulsuz və kodsuz yayımlanacağı bəllidir. MSN-in yeganə gəlir mənbəyi reklam olacaq. Hazırda portalın audotoriyası 6,5 milyon nəfər təşkil edir.
Xatırladaq ki, Rusiya çempionatında çıxış edən Mahir Şükürov Anjinin şərəfini qoruyur. Verilən məlumata görə, MSN bu mövsüm bütün klubların iştirakı ilə matçları yayımlayacaq.
