9 aprel 2010 14:08
Muğanın futbolçusu komanda yoldaşını öldürmək istəyib! (FOTO)
Muğanın serbiyalı futbolçusu Miloş Zeçeviç komanda yoldaşı Fərrux İsmayılovu boğmaq istəyib. Azerisport.az xəbər verir ki, o bunu Azərbaycan yığmasının Serbiyanı məğlub etməsi və Fərruxun Bakıdakı görüşdə qələbə qoluna imza atması ilə əlaqələndirib.
“2003-ci ildə Serbiyadakı ilk oyunu stadionda izləmişdim. Həmin oyunda Qurban Qurbanov elə bir iz qoymuşdu ki, indi Azərbaycan yığmasının adı gələndə Serbiyada hamının yadına onun adı düşür. Bakıdakı matça gəlincə, Muğana gələrkən Fərrux İsmayılovu gördüm. Onda onu boğmaq istəyirdim. Çünki o, Serbiyanı yıxan qola imza atmışdı” – deyə “Çempion” qəzetinə müsahibəsində bildirib.
