9 aprel 2010 15:24
El Klasikoya doğru: Ronaldo Messi ilə müqayisədən qaçdı
Realın portuqaliyalı superulduzu Kriştiano Ronaldo Barselonalı həmkarı Lionel Messi ilə müqayisədən zarafatla qaçıb. Azerisport.az xəbər verir ki, Ronaldo İspaniya mətbuatına açıqlamasında argentinalı ilə müqayisəsinin düzgün olmadığını bildirib: “Mən ondan daha hündürəm. Əsas fərqimiz budur. Düzünü desəm, müqayisəni düzgün hesab etmirəm. Çünki Real – Barsa matçı Ronaldo – Messi dueli deyil. Heç birimiz tək başımıza oynamırıq”.
