9 aprel 2010 15:28
Azərbaycan Gürcüstanla üz-üzə
Aprelin 12-dən 18-ə qədər Bakı şəhərində Azərbaycan U-16 yığmasının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesi çərçivəsində yığmamız gürcüstanlı həmyaşıdları ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu komandalar aprelin 16-da saat 16:00-da, aprelin 18-də isə saat 10:30-da qarşılaşacaqlar. Hər iki oyun Şağan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Bundan əlavə, aprelin 13-də, saat 16:00-da Şağan Olimpiya İdman Kompleksinin stadionunda U-16 yığması ilə Neftçi klubunun nəzdindəki U-17 komandası arasında yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
