9 aprel 2010 16:06
Avropa çempionu Azərbaycana işləməyə gəlir (FOTO)
Qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçi postuna potensial namizədin adı məlum olub. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Silviya Raytdır vaxtilə futbolçu kimi Bavariya və Frankfurt klublarının, Almaniya yığmasının şərəfini qoruyub. 1989 və 91-ci illərdə Avropa çempionu olub. Məşqçi kimi isə Bavariyanın baş məşqçi postunu tutub. AFFA-nın rəsmi saytı aprelin 10-dan 13-dək ölkəmizdə səfərdə olacağını bildirib.
