9 aprel 2010 16:30
Ukraynada inqilab (FOTO)
Donetsk Şaxtyorunun prezident Rinat Axmetov bildirib ki, Ukrayna Futbol Federasiyası qiymət siyasətini dəyişməsə, “Donbass-Arena”nı yığmanın ixtiyarına verməyəcəklər. Azerisport.az “İnterfaks-Ukrayna”ya istinadla xəbər verir ki, hələ noyabrda DÇ-yə çıxmaq uğrunda pley-off görüşündə Ukrayna ilə Yunanıstan yığmalarının matçında federasiya qiymətləri bir neçə dəfə qaldırmış və nəticədə 5 milyon dollar götürmək istəmişdi. Halbuki, digər stadionlarda biletlərin ümumi qiyməti 350 min dolları keçmir.
“Əgər qiymətlər azarkeşlər üçün uyğundursa, buyurun, Şaxtyor etiraz etmir. Milli komandanın azarkeşləri sevindirməsi üçün hər şeyi edərik. Amma bu cür qiymətlərlə biz razı deyilik” – deyə Axmetov bildirib.
