9 aprel 2010 16:45

Foqtsun diqqətinə: onlara bax!

Aprelin 19-22-si aralığında Bakıda milli komandanın seleksiya xarakterli toplanışı olacaq. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl bu barədə məlumat yayan AFFA-nın rəsmi saytı Berti Foqtsun kimi necə seçəcəyini dəqiqləşdirməyib.

Elə assosiasiyadan aldığımız məlumata görə, bu toplanışda Azərbaycan klublarının və aşağı yaş qruplarından ibarət yığmaların futbolçuları iştirak edəcək. Bu oyunçular Foqtsun Azərbaycanda çalışdığı təxminən 2 il ərzində ya əsas komandaya dəvət almayıb, ya da rəsmi görüşlərdə meydançaya çıxa bilməyib. Hələ ki, almaniyalı mütəxəssis toplanışın iştirakçılarının siyahısını açıqlamayıb. Lakin azerisport.az-ın müəyyən düşüncələri var.

Yüksək səviyyəli yerli futbolçuların sayı məhduddur və onların əksəriyyəti bu gün milli komandaya dəvət alıb. Düşünüb-daşınmadan yığmada çıxış etməyə layiq olan, lakin məşqçi korpusunun “unutduğu” oyunçu tapmaq çətindir. Amma klubların heyətinə diqqət yetirsək, orada heç olmasa baxışdan keçməyə layiq olanlar var. Onlardan bəzilərini sizin nəzərinizə çatdırırıq. Bir daha qeyd edirik ki, onlar yalnız saytımızın ən layiqli hesab etdikləridir.

Əziz Quliyev (Bakı), yarımmüdafiəçi, 02.05.1987

Fuad Əhmədov (Simurq), qapıçı, 14.01.1988

Elşən Məmmədov (Simurq), hücumçu, 04.05.1980

Rasim Ramaldanov (Simurq), müdafiəçi, 24.01.1986

Nizami Hacıyev (XL), hücumçu, 08.02.1988

Ramazan Abbasov (XL), yarımmüdafiəçi, 22.09.1983

Namiq Yusifov (Qarabağ), yarımmüdafiəçi, 14.08.1986

Tərlan Xəlilov (OŞ), yarımmüdafiəçi, 27.07.1984

Arif İsayev (Standard), hücumçu, 28.07.1985

Rəşad Abdullayev (Neftçi), yarımmüdafiəçi, 01.10.1981

Şəhriyar Rəhimov (Karvan), müdafiəçi, 06.04.1989

Vurğun Hüseynov (Qəbələ), müdafiəçi, 05.04.1988

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.