9 aprel 2010 17:06
Azərbaycan futbolunda dopinq
Milli komandanın həkimi Hans Eike Van Alste yığma komandaların, Premyer Liqada və I divizionda çıxış edən klubların həkimləri, fizioterapevtləri və masajçılarının iştirakı ilə seminar keçirəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, aprel ayının 13-ü saat 17:00-da AFFA-nın inzibatı binasında təşkil ediləcək seminarda yeni dopinq qaydaları barədə danışılacaq. Daha sonra milli komandanın fizioterapevti Armin Rubax masajın və sarğıların yeni metodlarını təqdim edəcək.
