9 aprel 2010 22:22
Futbol daha bir can aldı
Bu gün Pavlodarda Qazaxıstan çempionatının İrtış – Kayrat görüşündən əvvəl meydan sahiblərinin braziliyalı futbolçusu Daniel Robert de Jezus dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, 28 yaşlı oyunçu matçdan əvvəl soyunu-geyinmə hərəkətləri zamanı özünü pis hiss edib və bir neçə dəqiqə sonra vəfat edib. Vesti.kz görüşün keçirildiyini və 0:0 hesabı ilə baş tutduğunu yazır.
