9 aprel 2010 00:07
Ticani Xəzər Lənkərana meydan oxudu
Bakının nigeriyalı hücumçusu Əhməd Ticani Xəzər Lənkərana qol vurmaq istəyir. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında 23 yaşlı futbolçu belə deyib: “3 aydır ki, oynamıram. Həkimlər sağaldığımı deyirlər. Özüm də oynamağa hazır olduğumu hiss edirəm. Qalır şans qazanıb özümü göstərmək. Ümidvaram ki, meydana çıxıb rəqibi cəzalandıra biləcəyəm”.
