Veteranlardan Neftçiyə dəstək
Neftçi Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayev Neftçinin son oyunlarından sonra fikirlərini bildirib. Azerisport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, vaxtilə ölkənin ən titullu klubunu çalışdırmış Abdullayevi komandaya göstərilən bugünkü təzyiq narahat edir: “Sadıq Sadıqov Neftçinin prezidenti olandan sonra komandanın uğurlu çıxışı göz qabağındadır. Flaqman xüsusilə “altılıq”dakı oyunlarda məzmunlu və hücum futbolu nümayiş etdirir. Klub rəhbərliyinin komandanı gənc mütəxəssis Arif Əsədova tapşırması bizi sevindirməyə bilməz. İnanırıq ki, Araz Abdullayev kimi digər yerli istedadlı futbolçuların əsas heyətdə oynayacaqları gün uzaqda deyil. Son turlar Neftçiyə qarşı haqsız təzyiqlərin artması bizi narahat edir. Futbolçuların oyunlarda bundan sonra da uğurlu nəticələr qazanması üçün heç bir təxribata fikir vermədən sonadək mübarizə aparmalarını istəyirik. Neftçi Azərbaycan futbolunun flaqmanıdır və biz veteranlar doğma komandamızı sonadək dəstəkləyəcəyik”.
