10 aprel 2010 01:00
Xanım deməyə adamın dili də gəlmir..
Sankt-Peterburqda “Nevskiy prospekt” daşınmaz əmlak agentliyinin baş direktorunun müavini Viktoriya Kovbanın məhkəmə işi başa çatıb. Azerisport.az xəbər verir ki, çirkli işlərlə məşğul olan xanım soyğunçuluq və fırıldaqçılıqda günahlandırılırdı. Onun qurbanları arasında Zenit komandasının bir neçə sabiq və indiki futbolçuları da olub. 2006-07-ci illərdə əldən iti olan Viktoriya xanım Vyaçeslav Malafeyevə 27 milyon, Anatoli Timoşuka 21 milyon, Pavel Poqrebnyaka 13,5 milyon, Aleksandr Qorşkova isə 8 milyon rubl (1000 rubl = 25 manat) Kovbaya 5 il iş kəsilib və cəzasını ciddi rejimli koloniyada çəkməli olacaq.
