10 aprel 2010 01:08
Diniyev Çeçenistan prezidenti ilə görüşdü
Çeçenistan Respublikasının və Terekin prezidenti Ramzan Kadırov bu gün komandanın Kislovodskdakı bazasında olub. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, aralarında həmyerlimiz Şahin Diniyevin olduğu məşqçi korpusu və komandanın futbolçuları ilə görüşən prezident çempionatın startını yüksək qiymətlənidirib və növbəti oyunlarda da onlardan qələbə gözlədiyini gizlətməyib. Qeyd edək ki, Terek 4 turdan sonra 8 xalla (2 qələbə, 2 heç-heçə) 2-ci yerdədir.
