10 aprel 2010 20:04
“Arif Əsədova şans vermək lazımdır”
Qarabağın baş məşqçisi Qurban Qurbanov Neftçi ilə oyundan sonra yetirməsi Georgi Adamiyanın əvəzinə sevindiyini bildirib.
“Bu gün yaxşı səviyyədə oynadıq. Georgi Adamiyanın əvəzinə sevinirəm. O, əvvəlki oyunlarda da qol vurmuşdu, amma bu, xeyir vermirdi. Bu Adamiyanın qolu və məhsuldar ötürməsi bizə vacib qələbə gətirdi. Nəzərə alsaq ki, o, hələ tam forma yığmayıb, qarşıdakı oyunlarda daha yaxşı oynayacağını gözləyirik” – azerisport.az xəbər verir ki, Qurbanov belə deyib.
Gənc mütəxəssis həmkarı Arif Əsədov barədə də danışıb: “Neftçinin uğursuzluqlarına baxmayaraq, məncə, Arif Əsədova şans vermək lazımdır”.
