10 aprel 2010 20:13
Diniyev və Mahmudovdan eyni hesablı məğlubiyyət
Bu gün Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Şahin Diniyevin çalışdığı Terek Moskvada Spartakla qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Həmyerlimiz Emin Mahmudovun şərəfini qoruduğu Saturn isə gözlənilmədən səfərdə Krılya Sovetova yenilib – 1:2.
Bu nəticələrdən sonra Terek 8 xalla 4-cü, Saturn isə 3 xalla 14-cüdür. Digər həmyerlimiz Mahir Şükürovun komandası – Anji isə sabah Novosibirskdə yerli Sibirlə görüşəcək.
