10 aprel 2010 20:21
Ramiz Məmmədov penaltinin düzgün olmadığını deyir
Qəbələnin çalışdırıcısı Ramiz Məmmədov qapılarına təyin olunan penalti epizodunda baş hakimin səhv etdiyinə əmindir.
“Həm rəqibə, həm də öz futbolçularıma gözəl oyuna görə minnətdarlığımı bildirirəm. Qələbə qazana bilərdik, amma qapımıza düzgün olmayan penalti təyin etdilər” – azerisport.az xəbər verir ki, Məmmədov belə deyib.
