10 aprel 2010 20:32
Foqts yığmanın oyunçusunun qoluna sevindi
Bu gün Sumqayıtda keçirilən Standard – Simurq görüşündə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts canlı baxıb. Azerisport.az xəbər verir ki, görüşü 90 dəqiqə canlı izləyən almaniyalı mütəxəssis bir qol və iki məhsuldar ötürmə verən Fərid Quliyevin oyunundan razı qalıb. Xatırladaq ki, Quliyev bir müddət əvvəl Foqts tərəfindən Azərbaycan yığmasına çağırılmışdı.
