10 aprel 2010 20:40
Roman Pokora: Komandanı belə oyunlara kökləmək çətindir
Roman Pokora Standardla oyun barədə danışmaq istəmədi. Azerisport.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında ukraynalı mütəxəssis komandasının bu gün bundan artığına gücü çatmadığını bildirdi: “Hesab hər şeyi göstərdi, buna görə də oyun barədə danışmaq istəməzdim. Bizim qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmuşdu. 7-ci yer uğrunda mübarizə isə bizi ruhlandırmır. Komandanı belə oyunlara kökləmək çətindir”.
