10 aprel 2010 20:45
Cokiça Haciyevski: Bu məğlubiyyət qorxulu deyil
Simurqun yeni icraçı direktoru Cokiça Haciyevski Zaqatala klubunun Standardla oyunundan (1:3) sonra azerisport.az-a qısa açıqlama verib.
“Əlbəttə, komandaya indi çox çətindir. Motivasiya problemi var. Bu məğlubiyyət heç nəyi həll etmir. Qələbə qazanmaq yaxşıdır, amma uduzmaqda da qorxulu bir şey yoxdur. Simurq həmişə xarakteri ilə seçilib” – deyə Haciyevski bildirib.
