10 aprel 2010 20:55
Nazim Süleymanov ehtiyatda qalanlara şans verib
Olimpik-Şüvəlanın baş məşqçisi Nazim Süleymanov bildirib ki, Muğana məğlubiyyətdə yalnız özləri günahkardırlar.
“Komandamın səhvləri çox oldu və bu səhvlər nəticəsində qapımızda iki qol gördük. Heyətə düşə bilməyən oyunçulardan istifadə etdim ki, oyunlarını görə bilim və özlərini göstərmək üçün şans qazansınlar. Qol epizodlarımız olsa da, bunlardan istifadə edə bilmədik” – azerisport.az xəbər verir ki, Süleymanov belə deyib.
