10 aprel 2010 20:59
Almir Hurtiç: Bu qələbə bizə çox lazım idi
Muğan premyer liqada qalmaq uğrunda mübarizədə bəlkə də ən vacib qələbələrindən birini qazanıb. Azerisport.az xəbər verir ki, bunu oyunsonrası mətbuat konfransında komandanın baş məşqçisi Almir Hurtiç də etiraf edib: "Bugünkü oyunda qələbə bizə çox lazım idi. Ona görə də oyuna yalnız qələbə üçün çıxmışdıq. Bütün oyunçularıma bu gün top saxlamağı və daha çox ötürmə etməyi tapşırmışdım".
