10 aprel 2010 21:30
Polşa prezidentinin ölümü Azərbaycan yığmasının oyunlarını təxirə saldı
Aprelin 13-də və 15-də keçiriləməli olan Polşa və Azərbaycan U-17 yığmaları arasında komandaları arasında yoldaşlıq oyunları təxirə salınıb. AFFA-nın rəsmi saytı bu barədə Polşa Futbol Federasiyasından assosiasiyaya məlumat verildiyini yazır. Azerisport.az-ın xəbər verir ki, bu addım Polşa prezidenti Lex Kaçinski və onu müşayiət edən şəxslərin təyyarə qəzası nəticəsində həlak olması səbəbindən atılıb. Aldığımız məlumata görə, bu oyunlardan ümumiyyətlə, imtina edilməsi gündəmdədir. Artıq Polşada futbol üzrə milli çempionatın oyunları qeyri-müəyyən müddətə dayandırılıb.
