10 aprel 2010 00:12
Haciyevski Simurqa stadiondan azarkeşlik edəcək
Simurqun yeni icraçı direktoru Cokiça Haciyevski bir neçə gündür klubda fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis bu gün Simurqun Standardla səfər oyununu Sumqayıtda canlı izləyəcək. Geniş açıqlama verməkdən imtina edən Haciyevski müxbirimizlə söhbətində sadəcə onu bildirib ki, Standardla görüşdə yeni klubuna ürəkdən azarkeşlik edəcək.
