10 aprel 2010 00:38
Vaqif Cavadov ÇL-ə bir qədər də yaxınlaşa bilər
Bu gün Hollandiya çempionatında 31-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Tvente öz meydançasında Herenveenlə (11-ci yer) qarşılaşacaq. Bu qələbə Enshede təmsilçisini Çempionlar Liqasına bir qədər də yaxınlaşdıra bilər. Qeyd edək ki, sona 4 tur qalmış liderliyini davam etdirən Tvente Ayaksı 4, PSV Eyndhoveni isə 5 qabaqlayır. Erediviziyada ilk iki yerin sahibləri ÇL-ə vəsiqə qazanır: çempion birbaşa, gümüş medalçı 3-cü təsnifat mərhələsindən.
