11 aprel 2010 13:01
“Bizi hesabdan silənlər səhvə yol veriblər”
Bakının vitse-kapitanı Cəmşid Məhərrəmov klubun rəsmi saytına müsahibəsində bildirib ki, XL oyun ərəfəsində nikbindirlər.
“İnterlə matçda üstün tərəf olsaq da, sonda yalnız 1 xalla kifayətlənməli olduq. Amma Xəzər Lənkəranla oyunda mütləq qələbə qazanmalıyıq. Düzdür, rəqibimiz güclüdür. Amma Bakının zəif olduğunu düşünənlər də yanılırlar. Bizi çempionluq mübarizəsindən silənlər səhvə yol veriblər. Xəzər Lənkəranla oyunda uğur qazanmaqla, iddiamızı sübut edəcəyik” – azerisport.az xəbər verir ki, Məhərrəçov belə deyib.
