11 aprel 2010 14:27
Mahir Şükürovun qol ötürməsi verdi və zədələndi, Anji qalib gəldi (YENİLƏNDİ)
Rusiya çempionatında 5-ci turun oyunları davam edir. Azerisport.az xəbər verir ki, Anji Novosibirskdə Sibirlə qarşılaşır. Həmyerlimiz Mahir Şükürov bu dəfə start heyətində yer alıb.
Sibir – Anji 2:4
Çorayev, 21 (0:1); Qolenda, 34 (0:2); Qolenda, 43 (0:3); Medvedev, 58 (1:3); Astafyev, 60 (2:3); Çorayev, 90 (2:4)
Qırmızı vərəqə: Aravin, 70; Makarenko, 72 (hər ikisi Sibir)
34-cü dəqiqədə ikinci qolun vurulmasında həmyerlimiz birbaşa rol oynayıb. Məhz onun asmasını Qolenda qapıdan keçirib.
72-ci dəqiqədə Şükürova qarşı kobud oynayan Makarenko qırmızı vərəqə görərək, meydançanı tərk edib. Bundan sonra onun arxasınca kobudluq etdiyi Mahir də gəlib; futbolçumuzu xərəkdə meydançadan çıxarıblar və o, Mamayevlə əvəzlənib.
Bu qələbə ilə xalını 7-yə yüksəldən Anji turnir cədvəlində müvəqqəti də olsa, 6-cı pilləyə yüksəldi.
