11 aprel 2010 22:35
XL-in məşqçisi günahı liderlərdə görür
Cəzalı Ağasəlim Mircavadovu ehtiyat oyunçular skamyasındə və oyunsonrası mətbuat konfransında əvəzləyən XL-in məşqçisi Tofiq Mustafayev Bakıya məğlubiyyətin (0:1) günahını komandanın liderlərində görüb.
“Bakı yaxşı oynadı və qələbə qazandı. Futbolçularımız bacardıqlarını sərgiləyə bilmədilər və məğlub olduq. Ən çox liderlərin oyununda narazı qaldıq” azerisport.az xəbər verir ki, Mustafayev belə deyib.
