11 aprel 2010 22:51
Turanın çalışdırıcısı məğlub həmkarını təriflədi
Karvan üzərində qələbə qazanan (2:0) Turanın baş məşqçisi Nizami Sadıqov oyunsonrası mətbuat konfransında həm öz komandasından, həm də həmkarı Yunis Hüseynovdan danışıb.
"Yunis müəllimi həm yaxşı futbolçu, həm dəməşqçi kimi tanıyırıq. Ümid edirəm ki, gələcəkdəuğurlarını yenidən davam etdirəcək. Bizim komandaya bugünkü oyunda qələbəçox lazım idi. 3 xalı qazandığımız üçün şadam. Komandadan çox razıyam" – azerisport.az xəbər verir ki, Sadıqov belə deyib. (PFL)
