11 aprel 2010 23:01
Mahir Şükürov: Sibir – Anji matçının qəhrəmanı (VİDEO)
Mahir Şükürovun komandası bu gün Rusiya Premyer Liqasının 5-ci turunda səfərdə Sibirə 4:2 hesabı ilə qalib gəldi. Azerisport.az xəbər verir ki, bütün oyunu yüksək səviyyədə keçirən həmyerlimiz qələbəyə iki məhsuldar ötürmə və… zədə ilə töhfə verdi. Məhz ona qarşı kobudluğa görə Sibirin futbolçusu Makarenko qırmızı vərəqə gördü. Təəssüflər olsun ki, futbolçumuz zədə üzündən meydançanı 72-ci dəqiqədə tərk etməli oldu. Yeri gəlmişkən, onu da qeyd edək ki, Mahir Şükürov bugün müdafiənin yox, orta xəttin sağ cinahında mübarizə aparırdı.
Anji – Sibir oyununun ən maraqlı anlarını izləmək üçün linkin üzərinə tıklayın.
