11 aprel 2010 23:16
Hafiz Məmmədov: Bakı dayanmamalıdır
Bakının prezidenti Hafiz Məmmədov komandasının XL-ə qarşı oyunundan (1:0) razı qalıb. Azerisport.az-ın müxbiri ilə söhbətində klub rəhbəri növbəti qələbələri gözlədiyini də gizlətməyib: “Oyun maraqlı keçdi. Komandamız xoşuma gəldi. 90 dəqiqə hücum etdilər və qol vəziyyətləri yaratdılar. Lakin indi dayanmaq olmaz və qələbələrin davamı gəlməlidir. Eyni cür oyunu Qarabağla görüşdə də gözləyirəm”.
