11 aprel 2010 23:23
Mahir Şükürov: Məni zədələmək istədilər
Azərbaycan yığmasının və Anjinin futbolçusu Mahir Şükürov bildirib ki, Sibirlə oyunda onu qəsdən sındırmaq istəyiblər. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində futbolçu rəqibin bu cür fikirdə olduğundan əminliyini önə çəkib: “Sibirin oyunçunun məni zədələdiyi epizoda bir neçə an qalmış eşitdim ki, kimsə “Sındır onu!“ deyə qışqırdı. Sonra zərbə aldım. Yaxşı ki, hakim vəziyyəti düzgün qiymətləndirdi və günahkar oyunçunu meydançadan qovdu”.
