11 aprel 2010 00:10
Həmyerlimiz İstanbul derbisində iştirak edəcək
Türkiyə Bank Asya 1-ci liqasında çıxış edən həmyerlilərimiz növbəti oyunlarını keçirəcəklər. Azerisport.az xəbər verir ki, Anatoli Ponomaryov Ordusporla Kocaeli səfərinə çıxacaq. Vitali Kovalyov isə İstanbul derbisində iştirak edəcək; onun Kartalsporu digər İstanbul təmsilçisi Hacəttəpənin qonağı olacaq. Görüşlər Bakı vaxtı ilə saat 16:30-da başlanır.
