11 aprel 2010 00:31
Sissoko: Vəziyyətimiz əladır
Bakının qolkiperi Xalidu Sissoko XL-lə oyuna ciddi hazırlaşıb. Azerisport.az xəbər verir ki, Cüneyt Biçərin gəlişindən sonra yenidən start heyətində yer almağa başlayan Sissoko rəqibi məğlub edəcəklərini bildirib.
“Məşqlərimiz yaxşı keçir. Hər bir oyunçu hazırlıq prosesinə ciddi yanaşır. Hazırda komandamızda vəziyyət əladır. Bütün futbolçular sabahkı oyuna tam hazırdırlar.
Mən özüm də komandama kömək etmək gücündəyəm. Meydana çıxmaq şansı qazansam, komandamın qələbəsi üçün əlimdən gələni edəcəyəm. Oyuna çox ciddi yanaşırıq. Məqsədimiz isə meydandan yalnız 3 xalla ayrılmaqdır.
Bakı öz oyununu göstərə bilsə, gücünü tam meydanda qoysa, qələbə bizim olacaq” – klubun rəsmi saytına müsahibəsində seneqallı qapıçı belə deyib.
