12 aprel 2010 13:14
Mahir Şükürovun oyunu Rusiya mətbuatında
Rusiya mətbuatı Mahir Şükürovun Sibirlə matçdakı oyununu fərqli qiymətləndirib. Azersport.az xəbər verir ki, Rusiyanın iki ən böyük idman nəşrləri – “Sport-Ekspress” və “Sovetski Sport” həmyerlimizi matçın 3 ən yaxşı oyunçusu sırasına qoyub (müvafiq olaraq, 6,0 və 5,5 bal). Championat.ru portalı da eyni fikirdə olsa da, Mahirə bir qədər yüksək qiymət verib – 6,5.
