12 aprel 2010 15:50
Foqtsu qayğılandıran iki itki
Bu gün Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, Qarabağdan milliyə dəvət olunmuş Vüqar Nadirov zədəli, Rəşad Sadiqov isə xəstə olduğu üçün hazırlıq prosesində iştirak etməyəcək. AFFA-nın rəsmi saytı onların əvəzinə yalnız bir nəfərin – Cavid Hüseynovun (Neftçi) cəlb edildiyini yazıb.
